Mart ayında yanan “Diqlas”la bu gün yanan “EuroHome”u nə birləşdirir?backend

Mart ayında yanan "Diqlas"la bu gün yanan "EuroHome"u nə birləşdirir?

Bu gün Binəqədi rayonu ərazisində – Bakı-Sumqayıt yolunun kənarında yerləşən “EuroHome” inşaat materialları bazarında güclü yanğın olub.

KONKRET.AZ xəbər verir ki, “EuroHome” MMC 02.07.1999-cu il tarixində dövlət qeyydiyyatına alınıb. Nizamnamə kapitalı 306 min 548 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Samir Lətif oğludur. Açıq internet resurslarda yer alan məlumatlardan belə görünür ki, “EuroHome”un sahibi “AF-Holdinq”in rəhbəri kimi təqdim edən Azay Möhnətovdur. Ticarət mərkəzinə faktiki rəhbərliyi isə İlyas Möhnətov həyata keçirib.

Məlumat üçün bildirək ki, “EuroHome” MMC müstəqil şirkət olaraq dövlət qeydiyyatına alınsa da, “AF-Holdinq” şirkətlər qrupunun tərkibinə daxil olduğu bildirilir. “AF-Holdinq”in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, “EuroHome” MMC ilə birgə onlarla şirkət bu holdinqin tərkibində yer alıb. Holdinqin rəsmi səhifəsində qeyd olunur ki, 1989-cu ildə təsis olunan “AF General Trading” şirkəti ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, Holdinqin baş ofisi Bakıda yerləşir, Frankfurt və Londonda da filialları var. “AF Holdinq”ə daxil olan şirkətlərin siyahısı bunlardı:

– “Everton”

– “Uğur-97”

– “AFSAN Plastik”

– “AF Business House”

– “AF Euro Home”

– “AF Mall”

– “AF Com Plaza”

– “AF Com Center”

– “Aqua Park Baku”

– ” Aqua Park Shikhov”

– “AF Hotel Aqua Park”

Bundan başqa “AF-Holdinq”in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, 2000-ci ildə “AF Bank” təsis edilib. Sonradan bu bank Rusiyanın VTB bankına satılıb.

Yanan ticarət mərkəzi ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, bu ilin mart ayında Nizami rayonu ərazisində yanan “Diqlas” ticarət mərkəzində zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərti ilə “AF-Holdinq”ə məxsus ticarət mərkəzlərində yerlər təklif olunub.

Belə ki, İqtisadiyyat Nazirliyi “Diqlas” ticarət mərkəzində zərər çəkən sahibkarlar üçün Dərnəgül şossesində yerləşən “EuroHome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza, Təbriz küçəsində yerləşən “EuroHome Express”də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza, “AF-COM Plaza”da yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahədə hər biri 20 kv.m olmaqla bölmələr, S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv.m arasında dəyişən 50 mağaza təklif edilib.

Əgər təklif olunan mağazalar sahibkarlar tərəfindən qəbul olunubsa, o zaman “Diqlas” ticarət mərkəzininin yanmasından sonra ən çox “qazanan” məhz “AF-Holdinq” şirkəti olub.

Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*