Masallı bazarındakı yanğın söndürüldü – FOTO / VİDEO / YENİLƏNİBbackend

Masallı bazarındakı yanğın söndürüldü - FOTO / VİDEO / YENİLƏNİB

FHN yanğınla bağlı yeni məlumat yayıb.

KONKRET.az-ın məlumatına görə, bildirilib ki, Masallı şəhərində bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

16:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən KONKRET.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

***

15.50

Masallı şəhərində bazar yanır.

KONKRET.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb edilib.

İlkin məlumata görə, yanğın bazarın paltar satışı olan hissəsində başlayıb.

Hazırda yanğının söndürülməsi və ətrafa yayılmamasının qarşısı alınması istiqamətindən əməliyyat tədbirləri həyata keçirilir.

FHN-in Mətbuat xidmətindən yanğının baş verməsi faktını təsdiq ediblər.

APA

Masallıda bazar yanır - YENİLƏNİB - FOTO - VİDEO Masallıda bazar yanır - YENİLƏNİB - FOTO - VİDEO Masallıda bazar yanır - YENİLƏNİB - FOTO - VİDEO Masallıda bazar yanır - YENİLƏNİB - FOTO - VİDEO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*