Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı restoranın həyətinə aşıb.
Nəticədə 3 nəfər xəsarət alıb. Onlar 1985-ci il təvəllüdlü V.Cəfərov, 1974-ci il təvəllüdlü T.Qocayev və 1985-ci il təvəllüdlü R.Mamedovdur.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
