İlon Mask Twitter istifadəçilərinə sual ünvanladı – SORĞUbackend

İlon Mask Twitter istifadəçilərinə sual ünvanladı - SORĞU

“Twitter”in yeni sahibi, amerikalı sahibkar və milyarder İlon Mask sosial şəbəkə istifadəçilərinə WikiLeaks-in qurucusu Culian Assanj və ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snoudeni əfv etməyə dəyərmi deyə sual verib.

KONKRET.az xəbər verir ki, o, bu barədə öz hesabında sorğu elan edib.

“Mən fikir bildirmirəm, amma bu sorğunu keçirəcəyimə söz vermişəm. Assanj və Snouden əfv edilməlidirmi? – deyə Mask sorğuya münasibət bildirib.

Xatırladaq ki, 51 yaşlı WikiLeaks-in qurucusu Culian Assanc ABŞ-da WikiLeaks tərəfindən minlərlə hərbi və diplomatik sənədin dərci ilə bağlı 17 casusluq və bir kompüterdən sui-istifadə ittihamı ilə məhkum edilib. İttihamlar maksimum 175 il həbs cəzasını nəzərdə tutur.

O, bu yaxınlarda kiçik insult keçirib. Assanj 2019-cu ilin aprelindən həbsdə olduğu Londonun Belmarş həbsxanasında saxlanılır. Assanjın vəkilləri onun ABŞ-a ekstradisiyası ilə bağlı apellyasiya şikayəti verib.

Keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snouden 2013-cü ilin iyununda internetdə ABŞ və Böyük Britaniyanın kəşfiyyat proqramları ilə bağlı bir sıra məxfi materialları Washington Post və Guardian qəzetlərinə təhvil verərək böyük beynəlxalq qalmaqala səbəb olub. Bundan sonra o, Honq-Konqa, oradan isə Moskvaya uçub, orada bir müddət Şeremetyevo hava limanının tranzit zonasında olub. Bir sıra digər ölkələrin imtinalarından sonra Rusiya Snoudenə ABŞ-a qarşı fəaliyyətini dayandırmaq şərti ilə bir il müddətinə müvəqqəti sığınacaq verib. Və bu yaxınlarda Rusiya vətəndaşlığını alıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*