Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair Hesabat Konfransı keçirilib.
KONKRET.az xəbər verir ki, konfransda çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ötən il görülən işlər və qarşıda duran vəzifələr haqda geniş nitq söyləyib. O, region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlandığını diqqətə çatdırıb:
“Region mətbuatı, media subyektləri və jurnalistlərlə görüşlər keçiriləcək, onların problemləri dinləniləcək. Region mediasının inkişafı üçün addımlar atılacaq”, – deyə Əhməd İsmayılov vurğulayıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru bu ildən başlayaraq ali təhsil müəssisələri ilə müxtəlif layihələrin həyata keçiriləcəyini bildirib. Daha çox praktiki təlimlərə üstünlük veriləcəyini diqqətə çatdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
