Məhəmməd Psixiatriya Xəstəxanasından çıxdı – VİDEObackend

Məhəmməd Psixiatriya Xəstəxanasından çıxdı - VİDEO

Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən və daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirlən 16 yaşlı Məhəmməd Hacıyev xəstəxanadan buraxılıb.

KONKRET.az xəbər verir ki, psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmmədin qardaşı Əli Hacıyev qardaşını həmin xəstəxanadan çıxarıb.

Bu barədə “Ümid ilə gəl” verilişinin aparıcısı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O, Əlinin qardaşına sahib çıxdığını deyib.

Məhəmməd bütün izləyicilərə üzünü tutaraq deyib: “Məni düşünmüsünüz, bundan sonra narahat olmayın. Uşaqlar evində qalan dostlarıma da demək istəyirəm ki, narahat olmayın, hər şey düzələcək”.

Həmin videonu təqdim edirik:

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Azxeber Media (@azxeber)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*