“Qadınların hicab taxaraq təhsil verməsinə və işləməyinə icazə verəcəyik. Qadınların eləcə də evdən tək çıxmasına icazə verəcəyik”.
KONKRET.az xəbər verir ki, bu barədə Talibanın rəsmi sözçüsü Məhəmməd Süheyl Şahin bildirib. O vurğulayıb ki, “Əks cinsin nümayəndələrinin haqlarına sahib çıxacağıq və onları qoruyacağıq”.
Məhəmməd Süheyl Şahin onu da deyib ki, “Əxlaqi bir sui-qəsdə çevrilmədiyi müddətcə medianın tənqidlərinə icazə veriləcək və senzura tətbiq etməyəcək”.
Natiq Səlim,
KONKRET.az
