Məhkəmə hərbi xidmət keçməkdən boyun qaçıran gəncin istəyini reallaşdırmadıbackend

Məhkəmə hərbi xidmət keçməkdən boyun qaçıran gəncin istəyini reallaşdırmadı

Ali Məhkəmədə hərbi xidmət keçməkdən boyun qaçırmada təqsirləndirilən Elgiz İbrahimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxs hərbi xidmətdən qəsdən yayınmaqda təqsirli bilinərək məhkum edilib.

Müəyyən edilib ki, 2006-cı il təvəllüdlü Elgiz İbrahimov Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyib, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 19, 20 və 21-ci maddələrində nəzərdə tutulmuş çağırışdan möhlət hüququna malik olmayıb və çağırış komissiyası tərəfindən tibbi müayinədən keçirilərək hərbi xidmətə yararlı hesab edilib. Buna baxmayaraq, qanunun tələblərinə əməl etməyərək müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə növbəti çağırışdan qəsdən boyun qaçırıb.

Belə ki, dövlət başçısının 20 may 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən ona 04 iyun 2024-cü il tarixli çağırış vərəqəsi təqdim edilib. Təqsirləndirilən şəxs həmin vərəqəni qəbul etməkdən imtina edib və 01 iyul 2024-cü il tarixindən etibarən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaqda davam edib.

Yevlax Rayon Məhkəməsinin hökmü ilə Elgiz İbrahimov 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində əvvəl seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub, təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilib. Hökmdən narazı qalan Elgiz İbrahimovun müdafiəçisi apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*