Məişət zorakılığı törədənlər həbs ediləcək – DƏYİŞİKLİKbackend

Məişət zorakılığı törədənlər həbs ediləcək - DƏYİŞİKLİK

Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyi pozanlar həbs ediləcək.

KONKRET.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinə (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) dəyişiklik təklif olunur.

Dəyişikliklə məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir və ya altmış saat ictimai işlər və ya pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gün müddətinədək inzibati həbs tətbiq ediləcək.

Qeyd edək ki, Məcəllənin hazırkı 158.1-ci bəndi belədir: Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə edilir./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*