backend

Meksikada zəlzələ baş verdi, sunami həyəcanı elan edildi

Meksikanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti məlumat yayıb.

Seysmoloqların bildirdiyinə görə, zəlzələnin episentri Oaxako ştatının Krusesita şəhərindən cənub-şərqdə, 12 kilometr dərinlikdə yerləşib. Şəhərdəki təkanlar yüngül hiss olunub. Sakinlərə hələ mənzillərinə keçmək tövsiyə olunmayıb.

ABŞ-da Sunami təhlükəsi haqqında milli Mərkəz zəlzələdən sonra Meksikanın, Salvadorun və Qvatemalanın qərb sahilləri üçün sunami həyəcanı barədə məlumat yayıb.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*