Türkiyədə 2026-cı ilin sentyabrından etibarən məktəblərdə girişə ciddi nəzarət sistemi tətbiq olunacaq.
KONKRET.az xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin bildirib ki, ölkənin bütün təhsil müəssisələrində turniketlər və kartlı giriş sistemi quraşdırılacaq. Xüsusi giriş kartı olmadan nə şagirdlər, nə də valideynlər məktəbə daxil ola biləcəklər.
Lakin məktəb qapısındakı keçid sistemi yalnız fiziki təhlükəsizlik tədbiri olacaq. Bununla yanaşı, nazirlik süni intellekt əsaslı erkən xəbərdarlıq sistemini də istifadəyə verəcək. Alqoritm şagirdlərin qeyri-adi və ya narahatedici davranışlarını təhlil edəcək və avtomatik olaraq məktəbin psixoloquna (şagirdlərin psixoloji vəziyyəti və uyğunlaşmasına cavabdeh olan pedaqoq-məsləhətçiyə) siqnal göndərəcək.
Əgər psixoloqun şagirdlə fərdi söhbətləri nəticə verməzsə, prosesə polis də cəlb olunacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az
