Məktəblinin sürdüyü motosiklet evə çırpıldı – Hadisə yerində öldübackend

Məktəblinin sürdüyü motosiklet evə çırpıldı - Hadisə yerində öldü

Bu gün Siyəzəndə yeniyetmənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, saat 14 radələrində 2009-cu il təvəllüdlü Oqtay Elməddin oğlu Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb.

Qəza nəticəsində ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb.

Bildirilib ki, vəfat edən O.Kərimov orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*