“Paşinyanın Avropa Parlamentindəki çıxışı sözün əsl mənasında düşməni Ermənistana hücuma dəvət idi”
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni hüquq müdafiəçisi Ruben Melikyan Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində bugünkü çıxışına istinad edərək deyib.
“Düşmən çətin ki, bu dəvəti rədd etsin, çünki onun imtinası ən azı mədəniyyətsiz olacaq. Bu vəziyyətdən yalnız bir çıxış yolu var: İrəvanın mərkəzində azı 3-4 min nəfərin iştirakı ilə təcili mitinq keçirmək, 8-10 ruhlandırıcı çıxış etmək, mitinqdən sonra xainin istefasını tələb edən güclü yürüş təşkil etmək. Mən başqa çıxış yolu görmürəm”, – deyə R.Melikyan qeyd edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
