MENENDES: “Dünyanın ən güclü ölkəsinin senatı erməni soyqırımını tanımalıdır”backend

MENENDES: "Dünyanın ən güclü ölkəsinin senatı erməni soyqırımını tanımalıdır"

KONKRET.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, senatda çıxışı zamanı ABŞ-ın nüfuzlu demokrat senatoru Robert Menendes həmkarlarını qurultay nümayəndələrinin aşağı palatasından nümunə götürməyə çağırıb və sürətlə erməni soyqırımının tanınması ilə bağlı qətnamə qəbul etməyin vacibliyini deyib:

“Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə illərlə ABŞ administrasiyalarının təhrif etməyə çalışdığı bir həqiqətə aydınlıq gətirir”.

“1915-1916-cı illərdə Dövlət Departamentinə etdiyi rəsmi mesajlarda Türkiyədə işləyən ABŞ diplomatları “ermənilərin Türkiyə hakimiyyəti tərəfindən planlı və hərtərəfli şəkildə məhv edilməsini”, türk hakimiyyətinin erməniləri vəhşiliklə və qəsdən öldürmələrini təsvir edirlər”, – deyən senator ABŞ-ın Türkiyədəki 1913-1916-cı illərdəki səfiri Henri Morgenthaunun da xatirələrini qeyd edib: “Əminəm ki, bəşəriyyət bütün tarixi boyu daha dəhşətli bir şey görməmişdir. Keçmişdə insanların geniş miqyaslı qətlləri və təqibləri 1915-ci ildə erməni xalqının əzabları ilə müqayisədə əhəmiyyətsiz görünür”.

Menendesə görə, ABŞ rəsmilərinin qoyduğu erməni soyqırımının faktiki dəlilləri Amerika diplomatiyası tarixinin qürur duyacağı məqamlarıdır. Artıq dünyanın 27 ölkəsi “erməni soyqırımı”nı tanıyıb. Onlardan 11-i NATO-ya üzv ölkələrdir.

Menendesin təşəbbüsünü dəstəklədiyini bildirən nüfuzlu respublikaçı senator Ted Kruz “soyqırım” anlayışını hazırlayarkən Rafael Lemkin Osmanlı İmperiyası tərəfindən ermənilərin qətlə yetirilməsinin dəqiq nümunələrindən istifadə etdiyini xatırladıb.

“Amerika vəhşiliklərə cavab olaraq heç vaxt susmamalıdır. 100 ildən çox əvvəl ermənilər əziyyət çəkəndə, sistematik şəkildə məhv edildikdə dünya susurdu. Mənəvi borcumuz 1.5 milyon günahsız insanın başına gələnləri etiraf etməkdir. Bu doğru şeydir”.

Qeyd edək ki, Nümayəndələr Palatasından fərqli olaraq, Konqresin yuxarı palatasında 100 senatorun hər biri sualı səsə qoyma təşəbbüsünü dayandıra bilər. Bu hüquqdan Corciya ştatından olan senator David Purdue istifadə edib.

Bəzi senatorlar hesab edir ki, Senatda “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnaməyə səs verilməsi ABŞ-Türkiyə münasibətlərindəki digər mübahisəli məsələlərin həllini çətinləşdirə bilər. Buna cavab olaraq Robert Menendes rəsmi olaraq qətnaməyə qarşı çıxan senatorlarla bağlı bunları deyib:

“Mən bu məsələni Senatda qaldırmağa davam edəcəyəm. Düşünürəm ki, amerikalılar soyqırımı tanıyanların kim olduğunu, kimin olmadığını həll etməlidirlər. Mən geri çəkilməyəcəyəm. Çünki tarix bunu tələb edir”.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*