Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
KONKRET.az FHN-nə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar.
Bu zaman orada aşkarlanan 1947-ci il təvəllüdlü Eyvazov Rafiq Heydər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
