“Məqsədimiz Qarabağ məsələsini parlamentə gətirmək və Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır” – Mamicanyanbackend

"Məqsədimiz Qarabağ məsələsini parlamentə gətirmək və Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır" - Mamicanyan

Məqsədimiz Qarabağ məsələsini parlamentə gətirmək, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” müxalifət fraksiyasının rəhbəri Ayk Mamicanyan deyib.

“Qarabağ və Ermənistan ətrafında cərəyan edən proseslər, çox güman ki, gec-tez parlament və Konstitusiya Məhkəməsi tərəfindən nəzərdən keçiriləcək.

Müxalifət dəfələrlə bəyan edib ki, küçə döyüşləri və parlamentin divarları arasında işləmək bir-birini inkar edən proseslər hesab edilməməlidir.

Biz hakimiyyətin bu və ya digər dağıdıcı anti-erməni proseslərinə qarşı çıxmaq üçün qanunverici mexanizmlərdən məhrum edə bilmərik.

Bizim məqsədimiz Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması, əsas danışıqlar aparan şəxsin dəyişdirilməsi idi və belə də olacaq. Amma küçə döyüşlərinin heç bir nəticə vermədiyini söyləmək, məncə, doğru deyil.

Yekun hədəfə çatmamışıq, lakin müəyyən nəticələr əldə etmişik”, – deyə Mamicanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*