Meral Akşener “Altılı masa”ya geri dönməsi üçün şərt irəli sürdübackend

Meral Akşener “Altılı masa”ya geri dönməsi üçün şərt irəli sürdü

Türkiyədəki müxalif “İYİ Partiya” sədri Meral Akşener “Altılı masa”ya geri dönməsi üçün yeni şərt irəli sürüb.

KONKRET.az xəbər verir ki, o, bu təklifi CHP-dən olan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaşın “İYİ Partiya”nın ofisini ziyarəti çərçivəsində edib.

Akşener, iki CHP-li bələdiyyə sədrinin adlarının prezident köməkçisi qismində hallanmasını istəyir.

“İYİ Partiya” sözçüsü Kürşad Zorlunun sözlərinə görə, bu halda Meral Akşener müxalif koalisiyaya geri dönə bilər.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*