Məscidə qumbara atıldı: Ölən və yaralananlar varbackend

Məscidə qumbara atıldı: Ölən və yaralananlar var

Yəmənin şərqindəki Hadramaut əyalətinin Yabus rayonunda məscidə əl qumbarası atılıb.

KONKRET.azTRT Haber”ə istinadən xəbər verir ki, cümə namazı vaxtı baş verən hücumda 5 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

Məlumata görə, partlayışdan sonra qaçmağa çalışan terrorçu rayon sakinləri tərəfindən öldürülüb.

Məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir. Yəmən hökuməti ilə husilər arasında 6 aydır davam edən atəşkəs oktyabrın 2-də başa çatıb. Ölkədə illərdir davam edən qarşıdurmalarda 377 minə yaxın insan həyatını itirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*