backend

"Məsələdən xəbərdar olmasa, elə bilərik ki, ABŞ Prezidenti Azərbaycana..." - Politoloqdan AÇIQLAMA

“Fransa, Amerikanın çağırışları ondan ibarətdir ki, bizsiz heç nə həll etməyin, biz də gələndə öz xeyrimizi güdək”.  
KONKRET.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ Prezidenti Co Bayden Ermənistan və Azərbaycana çağırışını şərh edərkən deyib.
Politoloq bildirib ki, əgər münaqişə qurtarıbsa, münaqişənin həllində vasitəçiliyə ehtiyac yoxdur:
 
“Əgər məsələnin mahiyyətindən xəbərdar insan olmasa, fikirləşirəm ki, ABŞ Prezidenti çox xeyirxah, dəqiq bir çağırış edib. Amma məsələnin mahiyyətindən xəbardar olan adam bilir ki, 30 il ərzində Minsk qrupu məsələnin həlli üçün ciddi bir addım atmayıb, 30 il ərzində Minsk qrupunun həmsədri olan ölkələr öz iqtisadi, geosiyasi maraqlarını təmin etməklə məşğul olub və əslində təcavüzkar dövlətə hər cəhətdən dəstək göstərib, o, çox gözəl anlayır ki, ABŞ Co Baydenin çağırışı ona yönəlib ki, bu anormal vəziyyət davam eləsin, imkan versin ki, Minsk qrupunun həmsədrləri yenə Azərbaycan və Ermənistana təsir etmək imkanını itirməsin.
Amma əslində məsələ nədən ibarətdir? Azərbaycan münaqişə tərəfi kimi elan edib ki, münaqişə qurtarıb. Minsk qrupunun həmsədrlərinə Azərbaycan prezidenti deyib ki, biz sizi çağırmırıq, amma gəlmisinizsə, əgər xoş niyyətiniz varsa, oturun fikirləşin, Azərbaycan və erməni xalqlarının barışması üçün humanitar sahədə nə edə bilərsiniz, onu bizə deyin, biz də fikirləşək. Əgər razılığımızı versək, siz də həmin nəcib hərəkətlərlə xalqları barışdırmağa çalışarsınız. Əgər münaqişə qurtarıbsa, münaqişənin həllində vasitəçiliyə ehtiyac yoxdur, bu məntiqsizlik olardı”.
Qeyd edək ki, ABŞ Prezidenti Azərbaycan və Ermənistana çağırış edib. ABŞ rəhbəri Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlara sadiq olduğunu vurğulayıb:
“Biz Ermənistan və Azərbaycanı danışıqlar predmetinə mümkün qədər tez qoşulmağa çağırırıq”, – ABŞ prezidenti bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*