Amerikalı məşhur aktyor Bo Hopkins vəfat edib.
KONKRET.az xəbər verir ki, 81 yaşlı aktyorun ölüm səbəbi infarkt olub.
Hopkins Hollivudda 100-dən çox filmdə rol alıb. 50 illik karyerası ərzində “American Graffiti”, “Midnight Express”, “The Wild Bunch”, “Breakout”, “Turn” və başqa filmlərdə oynayıb.

