Məşhur aktyor vəfat etdi – FOTObackend

Məşhur aktyor vəfat etdi - FOTO

Məşhur və sevilən hind aktyoru İrfan Xan 53 yaşında Mumbay şəhərində vəfat edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir qalın bağırsaq şişindən əziyyət çəkən aktyor 2018-ci ilin mart ayından Londonda müalicə olunurmuş.

O, son aylar yatdığı Mumbaydakı xəstəxanada günorta saatlarında dünyasını dəyişib.

80-dək filmdə çəkilmiş İrfan Xan Bollivudun ənənəvi romantik rollarında çəkilsə də, eyni zamanda Hindistan kinosunun səciyyəvi simalarından olaraq həm də Hollivudun “Pi həyatı”, “Gecəqondu milyonçusu”, “Yura dünyası” kimi məşhur ekran əsərlərində də yaddaqalan obrazlar yaradıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*