Məşhur teleaparıcının babası görün kimdir? – VİDEObackend

Məşhur teleaparıcının babası görün kimdir? – VİDEO

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı teleaparıcı Saleh Bağırov olub.

KONKRET.AZ bildirir ki, verilişin aparıcısı Dilarə Əliyeva məşhur aparıcı haqqında maraqlı faktı açıqlayıb:

“Saleh Bağırov korifey sənətkar, böyük aktyorumuz “O olmasın, bu olsun” filmindəki Mirzə Ələkbər Sabir obrazı ilə tanınan Sadıq Saleh Bağırovun nəvəsidir”.

Saleh Bağırov da bu faktı doğrulayıb:

“Bəli, doğrudur. Adım da babamın adının ikinci hissəsindən götürülüb. Sadıq məndən böyük əmim oğluna qoyulub, Saleh adı isə mənə verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*