Messi ilə 39 min avroya görüş TƏKLİF EDİLİRbackend

Messi ilə 39 min avroya görüş TƏKLİF EDİLİR

Argentinalı hücumçu Lionel Messi iyunun 10-da Pekinə gəldikdən sonra fırıldaqçılar internetdə futbolçu ilə görüşmək üçün bilet satdıqlarına dair elan veriblər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, elanlar arasında 650 avroya Argentina və Avstraliya yoldaşlıq görüşü zamanı ön sıralarda oturacaqlar, Messi ilə şəkil çəkdirmək imkanı və avtoqrafı olan köynəkdən ibarət VİP paketi görmək mümkündür.

Fırıldaqçılar ulduz futbolçu ilə eksklüziv axşam keçirmək üçün isə 39 000 avro istəyirlər.

Qeyd edək ki, qarşılaşma iyunun 15-də baş tutacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*