Messi millidəki karyerasını başa vurdubackend

Messi millidəki karyerasını başa vurdu

Argentinalı hücumçu Lionel Messi millidə karyerasını başa vurduğunu və yığmada son oyununu keçirdiyini komanda yoldaşlarına bildirib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı jurnalist Ernan Kastilyo “X” sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb.

Məlumata görə, əfsanəvi futbolçu İspaniyaya qarşı keçirilən DÇ-2026-nın final matçından (0:1) sonra paltardəyişmə otağında bununla bağlı çıxış edib.

Hazırda 39 yaşı olan Messi 2023-cü ildən ABŞ-nin “İnter Mayami” klubunun şərəfini qoruyur. Avropa karyerası ərzində o, Fransanın PSJ və İspaniyanın “Barselona” klublarında çıxış edib.

Qeyd edək ki, “Qızıl top” qazanmaq sayına görə (8 dəfə) mütləq rekord məhz Messiyə məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*