Metro sərnişinlərinə VACİB MƏLUMAT: Vaqonda isti olarkən bu düyməni basınbackend

Metro sərnişinlərinə VACİB MƏLUMAT: Vaqonda isti olarkən bu düyməni basın

Bakı metrosunda yeni gətirilən qatarlarda kondisioner sisteminin işləməməsi sərnişinləri narahat edir.

KONKRET.AZ bildirir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə çoxsaylı oxucular şikayət ediblər.

Bildirilir ki, yeni qatarlarda kondisioner söndürülür və vaqonların nəfəsliyi açılır. Lakin bu hal problemi tam həll etmir.

Məsələ ilə əlaqədar “Bakı Metropoliten” ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatarlarda kondisionerlər işləyir.

“Pəncərələri sərnişinlər özləri açır.

Bu sistemlər avtomotik idarə olunur.

Lakin hansısa sərnişin istidir, özünü pis hiss edir və kondisionerin daha sərin sistemdə işləməsini istəyir.

Bu zaman vaqonda xüsusi düymə var. Həmin düyməni basır, maşinistlər əlaqə saxlayır və problemi bildirir.

Maşinist də, sərnişin istəyinə uyğun kondisioneri idarə edir”, – deyə Bəxtiyar Məmmədov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*