Metroda qatarlar toqquşdu: 24 YARALI VAR – Hadisə yerindən VİDEObackend

Metroda qatarlar toqquşdu: 24 YARALI VAR - Hadisə yerindən VİDEO

Ötən gün Nyu-York metrosunda (Upper West Side) iki qatar toqquşub, 20-dən çox insan yaralanıb.

KONKRET.az bildirir ki, toqquşma nəticəsində hər iki qatar relsdən çıxıb.

Rəsmilər azı 24 nəfərin yaralandığını, yüzlərlə insanın təxliyə edildiyini təsdiqləyib. 500-ə qədər sərnişini daşıyan qatarlardan biri hərəkətdə olarkən, istifadəyə yararsız qatarla toqquşub. İkinci qatarda təmir işləri gedirmiş.

Nyu York Şəhər Tranzit İdarəsi qəzanın səbəbinin müəyyənləşdirildiyini qeyd edib.

“İki qatarın bir-biri ilə toqquşması xəta səbəbindən baş verib. Lazımı tədbirlər görülür “- idarədən bildirilib.Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*