“Microsoft” yeni imkanları təqdim etdi: Artıq bir təsvirlə tam vdeo yaratmaq mümkün olacaqbackend

“Microsoft” yeni imkanları təqdim etdi: Artıq bir təsvirlə tam vdeo yaratmaq mümkün olacaq

Amerikanın “Microsoft” korporasiyası tək təsvir əsasında video yarada bilən yeni VASA-1 neyron şəbəkəsini təqdim edib.

KONKRET.az xəbər verir ki, istifadə etmək üçün şəkil və audio trek təqdim etmək kifayət edəcək. Beləliklə alqoritm təbii üz ifadələri və geniş emosiya diapazonu ilə danışan insan yaradacaq.

Təqdim olunan nümunədə Microsoft Mona Lizanın danışdığı videonu yarada bilib. Tərtibatçılar izah ediblər ki, belə görüntülərdə əsas detal baş hərəkətləri və üz ifadələri ilə bağlıdır. Neyroşəbəkənin üstünlüyü odur ki, bu sahədə vahid model yaradılıb. Onların hesablamalarına görə, yeni neyron şəbəkə əvvəllər təqdim edilmiş analoqlarından xeyli üstündür. Video 512×512 rezolyusiyada saniyədə 40 kadr sürətində, bir qədər başlanğıc gecikmə ilə mövcuddur.

Şirkət hesab edir ki, neyroşəbəkə söhbət zamanı insan davranışını təqlid edən real avatarlar yaratmağa kömək edəcək, lakin onlar fırıldaqçılar tərəfindən dərin saxta videolar yaratmaq üçün istifadə olunacağından məhsul yaxın gələcəkdə bazara çıxarılmayacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*