Mihran Akopyan: “Nikol xain it kimi qorxur”backend

Mihran Akopyan: "Nikol xain it kimi qorxur"

“Qorxudan titrəyən xain Nikol mənə qarşı yeni bir cinayət işi açdırmaq üçün müvafiq material hazırlamağı tapşırıb”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Mihran Akopyan özünün facebook səhifəsində bildirib.

O daha sonra bunları yazıb: “Nikol əslində xain bir it kimi qorxur. Mən Çauşeskunun həyatını xatırladanda, görünür, o, çox narahat oldu. Çünki öz ölkələrinə zülm gətirmiş diktatorların aqibətinin onun da başına gələcəyini çox yaxşı bilir. Hər halda, həm tarixi faktlar, həm də müqayisəli analiz kontekstində şərə çevrilmiş və məhv olmuş müxtəlif manyaklar haqqında daha çox danışacağıma söz verirəm. Qurtuluş cəsarət və mərifətdədir”.

Qeyd edək ki, siyasətçi Akopyan Çauşeskunun acı taleyi ilə bağlı fikirlərinə görə təqib olunur. Akopyan yazır ki, “Əvvəla, heç vaxt rumınların doğru və ya səhv etməsi barədə fikir bildirməmişəm. Rəy bildirməkdə problemim yoxdur, amma bunun üçün heç bir səbəb yox idi. Məlum olduğu kimi, Çauşesku 1989-cu ildə Rumıniya məhkəməsi tərəfindən güllələnməyə məhkum edilib. Nikolanın cahilliyi həqiqətən sərhəd tanımırdı”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*