Müxalifətdəki “İşıqlı Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan ölkəsindəki vəziyyətlə bağlı Facebook səhifəsində canlı yayıma çıxıb.
KONKRET.az müraciətdən bəzi fikirləri oxucuların diqqətinə çatdırır:
“Ancaq anarxiya şəraitində bu vəziyyətdən çıxış yolu tapıla bilməz. İstənilən vacib qərarlar yalnız parlamentdə verilməlidir”.
O, nümayişçiləri millət vəkillərinin parlamentə girməsinə mane olmamağa çağırıb: “Parlamentin növbədənkənar iclası keçirilməlidir”, deyə Marukyan bildirib.
