Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi barədə qərar layihəsinə baxılıb.
KONKRET.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, spiker Sahibə Qafarova bildirib ki, Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti başa çatıb: “Milli Məclis Mərkəzi Seçki Komissiyasının tərkibini formalaşdırımalıdır. Artıq çoxluq təşkil edən partiyanın, bitərəflərin, azlıq təşkil edən partiyaların nümayəndələrinin siyahısı razılaşdırılıb”.
Milli Məclisdə çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır:
Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Hümbətov Sürəddin (ehtiyat üzv)
Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri aşağıdakılardır:
Arifə Muxtarova
İlham Məmmədov
Nizami Nadirxanlı
Fuad Cavadov
Qabil Orucov
Nailə Əsgərova
Aydın Muradov
Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:
Böyük Quruluş Partiyası (BQP) – Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) – Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Almas Qəhrəmanlı.
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi – Tofiq Həsənov
Plenar iclasda namizədlərin siyahısı səsə qoyularaq qəbul edilib.
***
11:19
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
KONKRET.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 8 məsələ daxil edilib.
***
09:46
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
KONKRET.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi.
2. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsinın təsdiq edilməsi.
3. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanin, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).