backend

Milli Məclisin buraxılması ilə bağlı HEYƏT yaradıldı

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb.

KONKRET.AZ xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov plenar iclasda bildirib ki, redaksiya heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Fəzail İbrahimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sahibə Qafarova daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*