“Küləkli hava Qızılağac Milli Parkında yanğının söndürülməsini çətinləşdirir” – YENİLƏNİBbackend

"Küləkli hava Qızılağac Milli Parkında yanğının söndürülməsini çətinləşdirir" - YENİLƏNİB

Bu gün Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Nazirlikdən KONKRET.az-a bildirilib ki, hazırda yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.

İlkin məlumata əsasən, ərazidə 10 ha sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.

***

15:38
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi, Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 10 ha sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.

***

 15:33
Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.

  • Zəminə
    Avqust 27, 2021 - 16:07

    Tək-tək halda belə yanğın hadisəsi anomal istilərlə bağlı ola bilər.Əvvəl Türkiyədə,ardınca Azərbaycanda yanğınlar törədilibsə,güman edirəm ki,ölkəmizdəki yanğınlar sapı özümüzdən olan baltaların düşmənə işləməsi nəticəsindədir.Buna da “sifarişli kriminal olay” desək, yanılmarıq.Hələ Rusiyadı yanğınlar da bu sıraya daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*