Mingəçevirdə avtomobillər toqquşdu: Ölən varbackend

Mingəçevirdə avtomobillər toqquşdu: Ölən var

Mingəçevirdə avtomobillər toqquşub, ölən var.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində Bərdə rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobil əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub, daha sonra isə yolun kənarı ilə hərəkətdə olan piyada, 1965-ci il təvəllüdlü Xəyyam Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*