Havaların həddən artıq isti keçməsi Mingəçevir çimərliklərinə aparan yolda bu günədək görünməmiş tıxac yaradıb.
KONKRET.az-ın bölgə müxbirinin məlumatına görə, çimərlik yolundakı avtomobil tıxacına səbəb Mingəçevir və ətraf bölgə sakinlərinin kütləvi şəkildə çimərliklərə üz tutması olub.
Uzun tıxac səbəbindən təcili yardım maşını da yolda qalıb. Çimərlikdə günvurmadan əziyyət çəkən şəxsə yardım etmək üçün çağırılan həkim briqadası tıxacda xeyli vaxt itirib.
Ehtiram Muradov,
KONKRET.az
