Mingəçevirdə şəhər mərkəzindəki mağazalardan birində yanğın təhlükəsi yaşanıb.
KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında ticarət mərkəzinə yaxın mağazalardan birində baş verib. Mağazanın elektrik təsərrüfatında baş verən qısaqapanma yanğına yol açıb.
Hadisə yerinə yetişən FHN-nin yanğınsöndürmə briqadası təhlükəni lokallaşdırıb.
Qeyd edək ki, qısaqapanmanın yaratdığı yanğın nəticəsində 12 kvadratmetrlik obyektin tavanına vurulmuş lambirin örtüyü 10 kvadratmetrlik sahədə yanaraq tam yararsız hala düşüb.
Ehtiram Muradov,
KONKRET.az
