Mingəçevirdə piyadadan qaçan “Range Rover” səkiyə çırpıldı – FOTObackend

Mingəçevirdə piyadadan qaçan “Range Rover” səkiyə çırpıldı - FOTO

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ APA-ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. İdarəetmədən çıxan “Range Rover” markalı minik avtomobili yoldan çıxaraq səkiyə çırpılıb.

İlkin məlumata görə, qəzaya hərəkətdə olan “Range Rover”in qarşına qəfil piyadanın çıxması səbəb olub. Sürücü toqquşmadan yayınmaq istəyərkən idarəetməni itirib və qəza baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*