Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak”a diplomatik mənbələrdən məlumat veriblər.
Nəşr qeyd edib ki, nazir ötən həftə əsirlərin azad edilməsi şərti ilə Bakıya yollana biləcəyini desə də, indi fikrini dəyişib.
Həmçinin qeyd olunur ki, bu tələb reallaşmasa belə, erməni nazir istəyini COP vasitəsilə səsləndirəcək.
Vurğulanır ki, hökumət nümayəndələrinin Bakıya səfəri onların bütün tezislərinin əsassız olmasına imkan yaradacaq.
Məlik,
KONKRET.az