Misir inqilabının siması həbs edildibackend

Misir inqilabının siması həbs edildi

Misirdə “25 Yanvar Çevrilişi”nin simvolik simalarından biri olan müxalifətçi fəal və bloq yazarı Ala Abdülfəttah saxlanılıb.

KONKRET.AZ AA-ya istinadla xəbər verir ki, bu barədə məlumatı fəalın vəkili Xalid Ali sosial media hesabından verdiyi açıqlamasında bildirib.

O, Abdulfəttahın Misirin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını və məlum olmayan bir yerə aparıldığını qeyd edib.

Abdulfəttahın anası Leyla Suveyf də yenə sosial media hesabında oğlunun tutulduğunu və nəyə görə təqsirləndirildiyini bilmədiklərini yazıb.

Xatırladaq ki, Misirdəki “25 Yanvar Çevrilişi”nin simvolik simalarından olan müxalifətçi fəal və bloq yazarı Ala Abdülfəttah 5 il həbs edildikdən sonra mart ayında azadlığa buraxılıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*