Misirdə sabah gerçəkləşdiriləcək Sisi əleyhinə nümayişlərdən əvvəl 1900 nəfərin həbs olunduğu bildirilib.
KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, İspaniyada yaşayan misirli iş adamı Muhamməd Əli istefaya getməyəcəyi halda sabahdan etibarən Sisi əleyhinə Misirdə milyonluq nümayiş keçiriləcəyinin çağırışını edib
Misirdə Əbdul Fəttah əs-Sisiyə qarşı keçirilməsi planlaşdırılan nümayişlərdən əvvəl geniş miqyaslı həbslər olub. Hətta Misirin təhlükəsizlik qüvvələri Qahirə və ölkənin digər bölgələrində bəzi vətəndaşların evlərinə basqın edib.
Məlumata görə, təhlükəsizlik qüvvələrinin müxtəlif bölgələrdə vətəndaşların evlərinə basqını nəticəsində aralarında akademik, müəllim və siyasətçilərin olduğu 2 minə yaxın insan həbs olunub.
Xatırladaq ki, İspaniyada yaşayan misirli iş adamı Muhamməd Əli Sisini korrupsiyada günahlandıraraq, xalqı sabah üçün planlaşdırılan milyonluq etirazda iştirak etməyə çağırıb.
Hazırladı: Firuzə ALİMOVA
