Giza şəhərindəki tarixi Sakkara bölgəsində aparılan arxeoloji qazıntılar zamanı Misirin antik dövrünə aid yeni əsərlər tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Misir mətbuatı məlumat yayıb.
Belə ki, 2018-ci ildən bəri arxeoloji qazıntıların davam etdiyi Sakkara bölgəsində 250 mumiya və 150 heykəl aşkar edilib.
Bildirilib ki, bu, 2018-ci ildən bəri Sakkarada edilən ən böyük kəşfdir.
Misir Turizm Nazirliyinə bağlı Tarixi Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri açılan məzarlardan birində “Ölülər Kitabı”ndan məlumatların olduğu papirusun tapıldığını açıqlayıb.
Vəziri bildirdi ki, tapılan papirus lazımi araşdırmalar üçün Qahirə muzeyindəki laboratoriyaya göndərilib.
Qeyd edək ki, “Ölülər Kitabı” qədim Misirdə dəfn mərasimlərində istifadə edilən dini kitab kimi tanınır.
İqbal Rzayev,
KONKRET.az
