Moldova MDB-dən çıxmağa hazırlaşırbackend

Moldova MDB-dən çıxmağa hazırlaşır

“Moldova Müstəqil Dövlətlər Birliyindən tədricən çıxmağa davam edəcək”.

KONKRET.az xəbər verir ki, bunu parlamentin spikeri İqor Qrosu deyib.

O bildirib ki, bu, Avropa İttifaqının tələbi deyil, Kişinyovun qərarıdır. Lakin MDB-yə üzvlük özlüyündə Avropa inteqrasiyasına ziddir.

“Moldova Respublikası üçün istədiyimiz inkişaf vektoru və modeli Avropa İttifaqının modelidir. Avropaya inteqrasiya vektorunun Konstitusiyada təsbit edilməsi üçün referendumun təşkili təşəbbüsü və siyasi qərarı da bundan irəli gəlir”, – Qrosu bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*