“Moskovskiy Komsomolets”: Moskva Paşinyana inanmırbackend

"Moskovskiy Komsomolets": Moskva Paşinyana inanmır

Ermənistanın NATO-ya doğru qaçması niyə Rusiyaya lazımdır?

Seçkiqabağı vəziyyət  ABŞ-ı açıq şəkildə ermənipərəst kurs aparmağa məcbur edir. ABŞ  İrəvana qarşılıq verir. Bu vəziyyətdə isə Moskva üçün çox aktual sual yaranır: Belə bir tərəfdaş (Ermənistanın etibarsızlığı nəzərdə tutulur) naminə strateji müttəfiqlərlə münasibətləri riskə atmağın mənası varmı?

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü dövlət katibi Mayk Pompeoya ümid vermədi. Diplomatlar 30-40 dəqiqə söhbət etdilər. Amma Ermənistan Xarici İşlər Naziri dialoqu məhsuldar adlandırdı. Baxmayaraq ki, İrəvanın təşəbbüsü Moskvadan almağa çalışmasının mənası əvvəlcə o qədər də aydın deyildi. Diqqət yetirdikdə isə Rusiya paytaxtındakı danışıqlar marafonundan sonra Ermənistanın Qarabağdan kənarda yerləşən Azərbaycan şəhərlərini (Gəncə və Mingəçevir) atəşə tutması ABŞ dialoqunun daha “məhsuldar” olması sirrini üzə çıxardı. Bu gün ABŞ daxili siyasəti çox həssas dönəmdən keçir. Seçki günü yaxınlaşır.B u rəqibləri aktivliyə sövq edir. Məsələn Prezidentliyə namizəd Co Bayden Trampı hərəkətsizliyinə və vasitəçi rolunu Moskvaya ötürdüyünə görə tənqid etdi. Pompeonunsa cavabı gecikmədi. Müsahibələrinin birində açıq şəkildə ermənipərəst bəyanat verdi, NATO-nun ortağı olan Türkiyəni tənqid etdi.

Eyni zamanda, erməni lobbisi onun sözlərini hərəkətverici siqnal kimi qəbul etdi. Nümayəndələr Palatasının üzvü Qreys Napolitano “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasını təklif etdi. Və Frank Pallonenin rəhbərlik etdiyi bir qrup konqresmen Konqresin aşağı palatasına müvafiq qərar verdi. Pallonenin bu təşəbbüsü Amerikanın Erməni Milli Komitəsi ilə isti münasibətdən qaynaqlanır. Həmçinin Demokrat Partiyasından bir qrup senator Azərbaycan və Türkiyəyə hərbi yardım məsələsinə baxmağa çağıran qətnamə layihələrini təqdim etdi.

Nikol Paşinyan Corc Sorosun və ümumiyyətlə Qərbin “rəngli” inqilablarda iştirak edən bir məxluqu kimi qəbul edilir. O ötən 2,5 ildə bir çox anti-Rusiya əhval-ruhiyyəli adamları hakimiyyətə gətirdi. Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə – Şəffaflıq Beynəlxalq Təşkilatının seçki proqramlarının keçmiş koordinatoru Armen Qriqoryan, Xüsusi İstintaq Xidmətinin rəhbəri – Soros Fondunun idarə heyətinin sədri Sasun Xaçatryan. Xatirinizdədirsə, Artur Vanetsyan Sorosun fəaliyyətini tənqid etdikdən sonra Milli Təhlükəsizlik Xidməti vəzifəsini itirdi. Baş nazirin özü də Rusiya şirkətlərinin (məsələn, Rusiya Dəmir Yolları) törəmə şirkətlərinə qarşı cinayət işi qaldırdı.

Ona görə də İrəvanın bütün səviyyələrdə Qərbə tərəf çevrilməsi təəccüblü deyil. Beləliklə, KTMT üzv dövlətinin prezidenti Armen Sarkisyan bu günlərdə Brüsseldə NATO-nun baş katibi Cons Stoltenberglə görüşüb. Amma tərəflər hadisələri qiymətləndirməkdə ortaq fikrə gəlməyiblər. Sərkisyan Azərbaycana pilotsuz təyyarələrin satılması səbəbindən Türkiyəni münaqişənin üçüncü tərəfi adlandırıb. Stoltenberg isə NATO-nun (dolayısı ilə Türkiyəni) orada iştirak etmədiyini xatırladaraq tərəfləri atəşkəsə çağırıb.

Qeyd edək ki, münaqişənin ilk mərhələlərində Paşinyan Moskvaya güvənirdi. Kreml isə balanslı bir mövqe tutdu. Bundan sonra baş nazir Rusiya Federasiyasının onun tərəfinə keçməli olduğu dilə gətirdi.Bunun üçün Türkiyənin müharibədə iştirakı ilə əlaqəli təsdiqlənməyən açıqlamalar verdi. Eyni zamanda, Suriyalı yaraqlıların iştirakına dair məlumatlar yaydı. Baxmayaraq ki, ortada aydın və inandırıcı bir dəlil yox idi.

Moskva KTMT çərçivəsində İrəvan qarşısında öhdəliklərini tanıyır. Amma indiki zamanda Rusiya Federasiyası onu qorumaq üçün heç bir əsas olmadığını vurğulayır.

“Müharibə isə çox təəssüf ki, davam edir. Amma müharibə Ermənistan ərazisində aparılmır – Putin “Rusiya-1” telekanalına verdiyi müsahibədə bunları deyib.

Moskvanın təmkinli siyasəti fonunda Paşinyanın Qərbə üz tutması təəccüblü deyil. Aydındır ki, İrəvan gözləyir – Rusiya Federasiyası hələ də münaqişəyə qarışa bilər. Erməni tərəfinin Putinə etdiyi son müraciətləri məhz bununla əlaqələndirilə bilər. Məsələ burasındadır ki, Kremlin İrəvanın Qərbə flört etməsi fonunda Moskva İrəvanın sədaqətinə inanacağı və strateji tərəfdaşlığın aydın və məntiqli bir xəttinə sadiq qalan Bakı ilə əlaqələrini riskə atacağı elə də inandırıcı görünmür.

“Moskovskiy Komsomolets” 29 oktyabr 2020

Tərcümə etdi; Surxay Atakişiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*