Moskva əhalisi qorxu içində: məhkəmə, vağzal binaları və metro stansiyaları minalanıb?backend

Moskva əhalisi qorxu içində: məhkəmə, vağzal binaları və metro stansiyaları minalanıb?

Moskvada naməlum şəxslər 3 dəmir, 7 gəmi vağzalının və bütün metro stansiyalarının minalanması barədə məlumat veriblər.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.

Şəhərin təcili xidmətlərin nümayəndəsi agentliyə bildirib ki, partlayışlar təhlükəsi Moskva Metropoliteninin hər bir stansiyasının, Kazan, Yaroslavl və Leninqrad vağzallarının və bir neçə gəmi vağzalının ünvanına telefon zəngləri vasitəsilə daxil olub: “Hazırda yoxlamalar gedir”.

O əlavə edib ki, minalanma haqda məktublar Moskva yaxınlığındakı Ximki, Noqinsk, Puşkino və Krasnoqorsk şəhərlərində “Lerua Merlen” ticarət mərkəzlərinə də gəlib.

Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən xəbər agentliyinə bildiriblər ki, paytaxtın yeddi – Tversk, Basmannıy, Meşansk, Koptevsk, Kunçevsk, Savelovsk və Zelenoqrad rayon məhkəmələrində çalışanlar evakuasiya edilib.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*