Ukrayna Silahlı Qüvvələri yay ərzində Moskva vilayətinə ən böyük hücumlardan birini həyata keçirib. Bazar ertəsi axşamından çərşənbə axşamı səhər saatlarınadək vilayət ərazisində 197 pilotsuz uçuş aparatı məhv edilib.
KONKRET.az xəbər verir ki, bu hücum yayın əvvəlindən bəri ən kütləvi hücumlardan biri olub.
Bunu Moskva meri Sergey Sobyaninin açıqlamaları göstərir.
Onun sözlərinə görə, bazar ertəsi axşamından çərşənbə axşamı saat 05:00-dək hava hücumundan müdafiə qüvvələri 180 PUA-nı məhv edib. Hücum bundan sonra da davam edib və saat 08:00-dək daha 17 pilotsuz uçuş aparatı vurulub.
Bu yay və son iki il ərzində ən kütləvi hücum avqustun 16-da baş verib. Həmin vaxt Sobyaninin məlumatına görə, axşam saatlarından 06:30-dək Moskva vilayətində 201 PUA məhv edilib.
Daha bir böyük hücum iyunun 18-də qeydə alınıb. Həmin vaxt hava hücumundan müdafiə qüvvələri 190 PUA-nın məhv edildiyini açıqlayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
