Moskvada biznes tələsi – Elşad Mirbəşirli və vəkil aldadıldıbackend

Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı

Milli Məclisin bundan əvvəlki çağırış deputatı Elşad Mirbəşirli Rusiyada iş qurmaq istəyərkən işə düşüb.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, siyasətçi Moskvada məşhur “Futcity” bazarında buzlu kola satışı biznesi qurmaq istəyərkən aldadılıb.

Hazırda şikayətçi olduğu şəxs isə həmin biznesi təşkil etməli olan Gülnar Soltanovadır. Keçmiş deputat bu biznesin baş tutması üçün logistika sahəsində çalışan Gülnara 50 min manat pul verib. Lakin sonradan nə vəd edilən biznes baş tutub, nə də pul geri qayıdıb.

Eyni qaydada aldadılan digər zərərçəkmiş də tanınmış simadır. Söhbət Vəkillər Kollegiyasının üzvü, vəkil Nizami İbrahimovdan gedir. Maraqlıdır ki, işi ilə bağlı tez-tez bu kimi cinayətlərlə üzləşən vəkil bu dəfə özü dolandırılıb. O, hətta kola biznesi üçün Gülnara daha çox – 210 min manat pul verdiyini bildirir.

Zərərçəkmişlər indi pullarını qaytarmaq üçün hüquq-mühafizə orqanına üz tutublar. Onların şikayətləri əsasında aparılan araşdırma nəticəsində Gülnar Soltanova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq bu günlərdə başlayıb, təqsirləndirilən şəxsin ittihamı qəbul edib-etmədiyi hələlik məlum deyil.

Qeyd edək ki, ikinci dəfə deputat seçilə bilməyən siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bu günlərdə işsiz qalması xəbərləri ilə gündəmə gəlib. Onun sözlərinə görə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı müəllimlik fəaliyyətindən kənarlaşdırılıb, iki ildir işsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*