Moskva bomba sığınacaqları, zirzəmilər mülki müdafiə obyektlərinin birbaşa təyinatına uyğunlaşdırılacaq.
KONKRET.az xəbər verir ki, Moskva rayonlarında evlərin girişində belə elanlar görünür.
Həftənin əsas xəbər meykerlərindən biri olan İlon Mask nüvə fəlakəti riskinin bu gün son 60 ildə heç vaxt olmadığı qədər böyük olduğunu bildirib.
Maskın bəyanatı Moskva Ev sahibləri birliyinin idarə heyətinin verdiyi açıqlama ilə əksini tapıb. Orada paytaxt meriyasında “Kollektiv qoruyucu vasitələrin sığınacaqda olan insanların qəbuluna hazır olması” ilə bağlı keçirilən müşavirəyə istinadla, sakinlərdən oktyabrın 18-dək sığınacağları, zirzəmiləri avtomobillərdən və digər şəxsi əşyalardan boşaltmaları xahiş olunur.

Xuraman Etibarlı,
KONKRET.az
