Moskvanın mərkəzində hoteldə yanğın baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yanğın Simonovski Val küçəsi 2 ünvanında yerləşən hotelin üçüncü mərtəbəsində qeydə alınıb.
“2 nəfər xilas edilib, 364 nəfər təxliyə edilib”, – agentlik bildirib.
Yanğın artıq söndürülüb. Ölən və yaralananlar barədə məlumat verilmir.
