İran Trampa qarşı sui-qəsd təşkil edə bilər – Tehranın gizli planı işə düşdübackend

İran Trampa qarşı sui-qəsd təşkil edə bilər - Tehranın gizli planı işə düşdü

ABŞ ilə İran arasında gərginliyin davam etdiyi bir dövrdə Tehranın qisas məqsədilə ABŞ prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planı həyata keçirə biləcəyi ehtimalı yenidən beynəlxalq müzakirələrin mərkəzinə çevrilib.

Bəs İran Xamneinin ölümünün qisasını almaq üçün ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdinə əl ata bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, İranın qisas xarakterli əməliyyat keçirmək ehtimalını tamamilə istisna etmək olmaz.

Elçin Xalidbəyli

Ekspertin sözlərinə görə, bu istiqamətdə İran rəsmilərinin müxtəlif vaxtlarda bəyanatları və sərt təhdidləri səsləndirilib:

“Lakin ABŞ prezidentinə qarşı sui-qəsd təşkil etmək olduqca mürəkkəb məsələdir. Tarixdə buna bənzər hadisələr baş versə də, müasir dövrdə yüksək texnologiyalar, inkişaf etmiş təhlükəsizlik sistemləri və kəşfiyyat imkanları belə əməliyyatın uğur qazanma ehtimalını xeyli azaldır.
ABŞ kəşfiyyat orqanları bu cür riskləri əvvəlcədən nəzərə alır və qabaqlayıcı tədbirlər həyata keçirir. Şübhə yoxdur ki, Prezident Donald Trampın təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyədə mühafizə tədbirləri görülür. Ağ Ev də mümkün risklərin fərqindədir və buna uyğun təhlükəsizlik mexanizmləri tətbiq edilir.”

Elçin Xalidbəylinin fikrincə, müəyyən sui-qəsd cəhdlərinin baş verməsi ehtimalı nəzəri baxımdan mümkündür. Lakin mövcud şəraitdə belə planların uğurla nəticələnəcəyi inandırıcı görünmür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*