Rusiya səfirlyinin bəyanatı Moskvanın Nikol Paşinyana bir mesajıdır. KONKRET.az xəbər verir ki, bunu erməni politoloqlar belə şərh edir. Qeyd edək ki, bəyanatda Ermənistan hakimiyyətinə belə bir xəbərdarlıq edilir ki, müxtəlif “qrant yeyən” QHT-lər və Ermənistandakı oxşar dairələr Qərbin maliyyəsi ilə Ermənistan-Rusiya strateji münasibətlərinə ciddi zərbə vurmaq istəyirlər. Bunun üçün Gümrüdəki 102-ci Rusiya hərbi bazasına qarşı təbliğ kampaniyaları keçirilir. Rusiya açıq mətnlə deyir ki, “102-ci baza Ermənistan ərazisindən çıxsa, bu ölkə və Qarabağın təhlükəsizliyinə təhlükə yaranacaq”. Newspress.am saytının şərhinə görə, Rusiya səfirliyi, eyni zamanda, Ermənistan hakimiyyətini Ermənistan-Rusiya münasibətlərinə xələl gətirən qüvvələri cilovlamağa və cəmiyyətdə Rusiya qoşunlarının Ermənistandan çıxarılması üçün süni tələb irəli sürənlərin qarşısını almaq üçün ciddi səylə çalışmağa çağırır. “Bu, respublikanın milli təhlükəsizliyinin vacib elementidir”.
Qeyd etmək lazımdır ki, Moskva qrant üzərində mövcud olan müxtəlif Qərbyönümlü təşkilatları tənqid edir, Nikol Paşinyan və Ermənistanın indiki hökumətini, beləliklə hakimiyyəti Soros və digər tanınmış qüvvələrlə eyniləşdirmir. Medi belə qənaətə gəlir ki, Rusiyanın Paşinyanı qeyri-hökumət təşkilatları və anti-Rusiya təbliğatı və fəaliyyəti ilə məşğul olan qüvvələrlə bağlamaması olduqca vacibdir.
Moskva istəyir ki, Ermənistan Respublikasının Milli Təhlükəsizlik Şurası iki ölkə münasibətlərini təhlükə altına alan və beləliklə, ölkənin milli təhlükəsizliyini və müdafiəsini zəiflədən bu təşkilatlarla açıq şəkildə məşğul olmalıdır. Qeyd edək ki, Rusiya qoşunlarının ölkədən çıxarılması ilə bağlı cəmiyyətdə güclü çağırışlar artmaqdadır.
