Moskvanın mərkəzində baş verən yanğında ölənlərin sayı 5 nəfərə çatdı – VİDEO / YENİLƏNİBbackend

Moskvanın mərkəzində baş verən yanğında ölənlərin sayı 5 nəfərə çatdı - VİDEO / YENİLƏNİB

Moskvanın mərkəzində gül anbarında baş verən yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, son məlumatlara görə, 5-ci qurbanın meyiti bir qədər əvvəl dağıntılar altından çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, daha bir nəfərin taleyi hələlik məlum deyil.

18:14

Moskvanın mərkəzində anbar binası yanır.

KONKRET.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Komsomolskaya meydanı yaxınlığındakı binada alov 2 min kv.m sahəni əhatə edir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın baş verdiyi binadan 7 nəfər təxliyə olunub.

Hadisə yerinə yanğınsöndürmə qatarı göndərilib, bundan əlavə, yanğının söndürülməsinə aviasiya qüvvələrinin cəlb olunması planlaşdırılır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*